Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."

img

24-04-2024 [11:43]


Müğənni Rəqsanənin müğənni qızı Aysun İsmayılova şəxsi həyatından danışıb.

Mia.az xəbər verir ki, o, "Tarixin bir günü” verilişində yeni doğulacaq qızına “Sevgi” adını qoyacağını deyib: “Çox şıltaq və pozitiv insanam. Amma düşünürəm ki, hər şeyin həddi var. Həyat yoldaşım ciddi adamdır. Hər dəfə ana olacağım haqqında danışmaq istəmirəm. Qızıma qoyacağımız adla bağlı çox böyük problem yaşayırıq. Bəzən adın düşər-düşməzliyi olur. Bu məsələni həyat yoldaşımın seçiminə buraxmışam. Çünki onun ilk qız övladı olacaq. Deyirəm ki, necə istəyirsə, elə də olsun. Həyat yoldaşım deyir ki, qızımıza “Sevgi” adını qoyaq. Amma hələ dəqiq bilinmir. Çox xoşbəxtəm. Həyat mənim də üzümə gülərmiş...".


Digər xəbərlər
SON XƏBƏRLƏR