Mikayıl Cabbarov səyyar vergi yoxlaması haqda qərar imzaladı - Dəyişiklik

img

23-04-2024 [17:26]


İqtisadiyyat Nazirliyinin Kollegiyası “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda dəyişiklik edib.

Mia.az xəbər verir ki, nazir Mikayıl Cabbarovun imzaladığı qərara əsasən, bundan sonra nağdsız hesablaşmalara nəzarət zamanı pərakəndə satış qaydasında təqdim edilən malların satışı üzrə bir əməliyyat çərçivəsində bir nəzarət-kassa aparatının çeki üzrə 4 000 manatdan çox, eləcə də tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin göstərdiyi tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində bir nəzarət-kassa aparatının çeki üzrə 500 manatdan artıq olan ödənişlərin nağdsız qaydada aparılması araşdırılacaq.

Nazirliyinin Hüquq şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq