Konfrans Liqası: "Aston Villa" penaltilərlə yarımfinala çıxıb

img

19-04-2024 [00:08]


UEFA Avropa Konfransı Liqasının 1/4 final mərhələsinin ilk matçında "Aston Villa"ya 2:1 hesabı ilə uduzan "Lill" revanş oyununda da İngiltərə komandasına "boyun əyib".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, 15-ci dəqiqədə "Lill"in türk oyunçusu Yusuf Yazıcı əla zərbə ilə hesabı açıb.

“Lill” 68-ci dəqiqədə Benjamin Andrenin başla vurduğu qola hesabı artırıb - 2-0.

Lakin "Aston Villa" 87-ci dəqiqədə Metti Keşin qolu ilə ümumi hesabda  (3:3) tarazlıq yaradıb və oyun uzatmaya gedib.

Əlavə vaxtda heab dəyişməyib və qalib penaltilərlə müəyyən olunub.

"Aston Villa" penaltilərdə daha dəqiq oynayıb - 4:3.

Beləliklə, "Aston Villa" yarımfinalda "Fənərbağça" - "Olimpiakos" matçının qalibi ilə qarşılaşacaq.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR