Müğənni pensiya azlığından şikayətləndi: "O pula qalsa, işləmək məcburiyyətindəyəm"

img

18-04-2024 [09:35]


Müğənni Aşkın Nur Yengi pensiya məbləğinin azlığından şikayətlənib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, bu barədə TV8-ə açıqlama verib.

1980-ci illərdə vokalisti olduğu, son vaxtlar səhnəyə çıxmayan Sezen Aksu haqqında danışmaqdan imtina edən 53 yaşlı müğənni sənətini davam etdirməyə məcbur qaldığını deyib: "Əgər 10 min TL (523 manat)  alacağamsa, əlbəttə, pensiya haqda düşünə bilmərəm. O pulla necə yaşayım?! Ona görə "İkinci iş gör" deyirlər ha, bax, elə mən də birinci işimi görürüəm, çünki sənətim olmasa, dolana bilmərəm. Pensiya isə mənim ancaq ikinci işim sayıla bilər..."

Ləman

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR