Fatih Terim "Fənərbağça"nin müdafiəçisini yunan komandasına alır - 4 milyon avroya

img

18-04-2024 [18:05]


"Fənərbağça"nın Fatih Terimin baş məşqçisi olduğu "Panatinaikos"a icarəyə verdiyi Səməd Akaydın qonşu ölkədə "gözə girməyi" bacarıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, yunan mətbuatı “Panatinaikos”un Səmədi mövsümün sonunda birdəfəlik transfer etməyi planlayır.

Məlumata görə, Fatih Terimin istəyi üzrə icarəyə götürülən türk müdafiəçinin gəlişindən sonra komandanın müdafiə xəttinin "betonlaşması" klub rəhbərliyini indidən tədbirli davranmağa məcbur buraxıb.

İddiaya görə, "Adana Dəmirspor"dan 3,7 milyon avroya "Fənərbağça"ya transfer olunan və yanvar ayından satın alma şərti ilə "Panatinaikos"a icarəyə verilən Səməd üçün yunan klubu 4 milyon avrosundan keçməyə hazırdır: "Güman ki, İstanbbul klubu 4 milyonluq təklifə "hə" deyəcək".

Xatırladaq ki, Səməd Akaydın indiyədək yunan klubunun heyətində 13 matça çıxıb. O, bu matçlarda 919 dəqiqə meydanda olub. 

Onu da qeyd edək ki, 30 yaşlı futbolçunun "Fənərbağça" ilə 2026-cı ilə qədər müqaviləsi var.

Fərid

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR