İsrail İranı yenə hədələdi: "Bunun cavabı olacaq"

img

15-04-2024 [09:23]


İran və İsrail arasında gərginlik səngimir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusunun Fars (Hörmüz) körfəzində İsrailə bağlı ticarət gəmisinə "əl qoyması" trəfələr arasındakı "iqtisadi müharibə"ni də böyüdüb.

İsrail Ordusunun sözçüsü Daniel Hagari İranın İsrailə bağlı gəmilərə qarşı əməliyyatını cavabsız qoymayacaqlarını bəyan edib: "Biz sözsüz ki, İranın hücumlarına qarşı tədbirləri artırmışıq. Ancaq İran bizə bağlı ticarət gəmilərinə qarşı problem yaradıb. Bir neçə gün əvvəl daha bir yük gəmisini müsadirə üdiblər.  Əlbəttə, bunun sonuncuna qatlanacaqlar, cavabımız mütləq olacaq və buna hazırıq. Ümumiyyətlə, İsrail Müdafiə Qüvvələri bütün ssenarilərə hazırdır..."

Xatırladaq ki, İran mediası bu yaxınlarda İran İnqilabı Keşikçiləri Korpusunun Hörmüz boğazı yaxınlığında ticarət gəmisinə qarşı vertolyotla əməliyyat keçirdiyini yazıb. Bildirilib ki, israilli milyarder iş adamı Eyal Oferə məxsus "Zodiac Group" şirkətinə məxsus olan və Portuqaliya bayraqlı “MSC Aries” konteyner gəmisi saxlanılıb.

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq