Kəmaləddin Heydərovun oğlu kluba bir milyon ayırıb

img

09-04-2024 [17:12]


Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərov “Qəbələ” camiəsini sevindirib.

Londonda yaşayan fəxri prezident kluba maliyyə dəstəyini davam etdirməyi qərara alıb.

Gənc biznesmen Premyer Liqada çətin günlər yaşayan “qırmızı-qaralar”ı I Liqada da tək buraxmayacaq.

O, aşağı liqaya düşməsi şübhə doğurmayan “Qəbələ”yə 1 milyon manat vəsait ayırıb.

Region təmsilçisi hazırda 16 xalla Premyer Liqanın sonuncusudur. Qəbələlilər ondan 1 üst sıradakı “Kəpəz”dən 14 xal geri qalır(Sportinfo.az)


Digər xəbərlər
SON XƏBƏRLƏR