Bakıda müğənnni aclıqla "boğuşur": "Nizami Rəmzi ilə toylara getdiyimə görə..."
08-04-2024 [16:51]
“Qızımla hündürmərtəbəli binanın zirzəmisində kirayədə yaşayıram. Qışda nəmişlikdən, yayda isə havasızlıqdan əziyyət çəkirik. Heç kimdən kömək görmürəm. Gözüm yollarda qalıb ki, bəlkə kimsə qapını döyüb, nəsə ərzaq gətirər. Vaxtilə İzzət Bağırov mənə yardım edirdi. 7-8 il bundan əvvəl. İndi ondan da xəbər yoxdur. Allahın acı bir soğanını da verən yoxdur. Yaşayışım çətindir, aldığım cüzi pensiya ilə dolanıram. Buna dolanmaq demək olmaz. Sürünürəm”.
Mia.az xəbər verir ki, bunu Moderator.az-a bir zamanların məşhur müğənnisi, meyxanaçı Nizami Rəmzi ilə duet ortağı olan Samirə Vahabova deyib. O, daha sonra əlavə edib.
“İndiki ağlım olsaydı müğənnilik sənətini seçməzdim. Kim deyə bilərdi ki, bu günə düşəcəm?! Kişi kollektivlərində çalışırdım, toylara gedirdim. Nizami Rəmzi ilə gedirdim. Mənə bacı gözü ilə baxırdı. Yaxşı pul da qazanırdıq. Özümə bir gün ağlaya bilmədim. Sənət mənə heç nə vermədi. Nə məşhurluq, nə pul, nə də hörmət. Bu gün televiziyaları izləyirəm. Fərqli səsi, görünüşü olan müğənni yoxdur. Hamı bir-birinə bənzəyir. Bizim mahnıları oxuyub məşhurlaşırlar. Bir dəfə adımızı da çəkmirlər ki, bunu Samirə ilə Nizami oxuyub. Elə oxuyurlar ki, elə bil o mahnıları Nizami yox, onların atası yazıb. Nizami məni toylarda qoruyurdu. Heç kəs mənə pis gözlə baxmırdı. Nizaminin 3 yoldaşı olub, amma heç biri məni ona qısqanmayıb” deyə müğənni bildirib.
Samirə Vahabova acınacaqlı şəxsi həyatından da danışıb.
“Nizami Rəmzi ilə toylara getdiyimə görə həyat yoldaşım məndən ayrıldı. Bir uşaqla məni qoyub getdi. Ev-eşik əlimdən çıxdı. Aclıq-susuzluq yaşadım. Dedi ki, mənə toylara gedən qadın lazım deyil. Tək yoldaşım yox, elə qohumlar da məndən imtina etdilər. Filarmoniyada konsertimiz olurdu. Rusiyaya qədər birlikdə qastrol səfərlərinə gedirdik. Hər toya gedəndə mənə deyirdilər ki, sənin atan qardaşın yoxdur ki, düşmüsən Nizaminin izinə?! Özümdən küsmüşəm, Nizamidən küsməmişəm. Nizamidən sonra demək olar ki, mən də “öldüm”. Məktəbdə süpürgəçi, kafedə xadimə işlədim. Amma yaş həddinə görə məni işdən çıxartdılar. İndi ehtiyac içərisində həyatımı sürdürürəm. Ramazan ayıdır, ümidim qalıb fitrə pullarına. Bəlkə də sizin vasitənizlə mənə yardım edərlər” deyə o bildirib.
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib