Türkyədə seçki qovğası davam edir - İki partiya namizədlərinin qohumları bir-birlərini daşa tutub (FOTO)

img

08-04-2024 [15:55]


Türkiyədə  31 mart 2024-cü ildə keçirilən bələdiyyə seçkiləri bitsə də, nəticələrə hələ də sərt formada etiraz edənlər var.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Silopi mahalının Çalışkan qəsəbəsində hazırkı AK Partiya bələdiyyə başqanı Nadir Tosun 57,54 faiz səslə yenidən bələdiyyə başqanı seçilməsi 41.70 faiz səslə uduzan Yenidən Rifah Partiyasının namizədi Nihat Yiğit və tərəfdarlarının qəzəbinə səbəb olub.

Türkiyə mətbuatı yazır ki, tərəflərin qohumları bu gün məhəllələrin birində daş, çomaqla bir-birlərinə hücum ediblər. Hətta silahdan da istifadə edənlər olub: "Nəticədə 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Əraziyə əlavə jandarma qüvvələri yeridlib".

Samir Musayev

MİA.AZ 

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq