"Bursaspor" 2-ci liqanı da tərk edib - Keçmiş Türkiyə çempionu ağır günlər yaşayır

img

08-04-2024 [09:02]


Keçmiş Türkiyə çempionu "Bursaspor" tarixinin ən ağır günlərini yaşayır.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki,  TFF 2-ci Liqada çıxış edən "Bursaspor" 32-ci turda doğma meydanına "1461 Trabzon"a 2-1 məğlub olub. Bununla da Bursa şəhərinin eyni adlı klubu liqanın bitməsinə 5 həftə qalmış 3-cü liqaya yuvarlanıb.

Xatırladaq ki, "Bursaspor" indiyə qədər keçirdiyi 32 oyundan 5 qələbə, 8 heç-heçə və 19 məğlubiyyət alaraq cəmi 20 xal toplayaraq 18-ci pillədə qərarlaşıb.

"Bursaspor"la yanaşı, son pillədə qərarlaşan "Adıyaman FK" və 19-cu yerdəki "Altay" da 3-cü liqaya yollanıb.

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR