Türkiyədə seçki: daha bir şəhərdə səslər yenidən sayılacaq

img

06-04-2024 [21:33]


Türkiyədə martın 31-də keçirilən bələdiyyə seçkisindən xeyli müddət ötsə də, hələ də qalibi mübahisə doğuran şəhər və rayonlar var.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, CHP, MHP və AK Partiyanın demək olar bir-birinə çox yaxın səs topladığı Kütahyada səslərin yenidən sayılmasına qərar verilib.

Məlumata görə, MHP Kütahya şəhər təşkilatı CHP namizədi Eyüp Kahveçinin cüzi səslə qazandığı seçki nəticələrinə etiraz edib. Bundan sonra isə səsərin təkrar sayım qərara alınıb.

CHP-nin namizədi Eyüp Kahveçi isə qərara etiraz edib: “CHP-nin qələbəsini həzm etməyənlər var...".

Xatırladaq ki, Kütahyada CHP-nin namizədi Eyüp Kahveçi 29,69 faiz, MHP-nin namizədi Alim İşıq 29,25 faiz, AK Partiyanın namizədi Kamil Saraçoğlu isə 27,71 faiz səs toplayıb.

Bələdiyyə məclisində isə üstünlük AKP-yə məxsusdur.

Lamiyə Əhmədli

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq