Qazaxıstanın 10 şəhərində  fövqəladə vəziyyət elan edilib - Selə görə

img

06-04-2024 [17:36]


Qazaxıstanın 10 şəhərində  fövqəladə vəziyyət elan olunub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ölkə prezidenti Tokayev  fərman imzalyıb.

Məlumata görə, Qazaxıstanda əriyən qar səbəbindən yaranan güclü daşqın 46 755 nəfərin təxliyyəsinə səbəb olub: "Ümumilikdə artıq 10 bölgədə  fövqəladə vəziyyət elan edilib. Ölkədə bir çox bəndlər dağılıb, çaylar daşıb. Seldən ən çox zərər çəkən qərb və şimal əyalətlərində 3 min 171 ev su altında qalıb. Bu günə qədər 46 min 755 nəfər, o cümlədən 14 min 589 uşaq su basmış ərazilərdən təxliyə edilib. Hazırda helikopterlər xilasetmə əməliyyatına cəlb olunub".

FHN-dən o da bildirilib ki, sel bölgəsində minlərlə heyvan məhv olub: "Bununla yanaşı, 60 mindən çox xırda və iribuynuzlu heyvan da xilas olunub".

Qazaxıstan Prezidenti Kasım Cömert Tokayev daşqınla bağlı xalqa müraciət edib: "Bu sel miqyası və nəticələri baxımından son 80 ilin ən böyük fəlakətidir. Ölkənin 10 vilayətində - Abay, Akmola, Aktobe, Atrau, Qərbi Qazaxıstan, Qaraqandı, Kostanay, Pavlodar, Şimali Qazaxıstan və Ulutau) fövqəladə vəziyyət elan edilib. Ümidsizliyə qapılmaq lazım deyil, bu vəziyyəti düzəldəcəyik".

Samir Musayev

MİA.AZ
 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq