Qərargah rəisi İsraili hədələdi, Amerikaya ittiham irəli sürdü: "Konsulluğa hücuma görə məsuliyyət daşıyır"

img

06-04-2024 [14:40]


"ABŞ bizim konsulluğa hücumun məsuliyyətini daşıyır".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İranın Baş Qərargah rəisi Məhəmməd Baqiri İsrailin İranın Dəməşqdəki konsulluğuna hücumunda həlak olan briqada generalı Məhəmməd Rza Zahidinin İsfahanda keçirilən dəfn mərasimində deyib.

Bakıri bildirib ki, İsrailin hücumu cavabsız qalmayacaq: "Dəməşqəki diplomatik korpusumuza hücumunun əsas məsuliyyəti ABŞ-dır. Onlar da buna görə cavab verməlidir".

Xatırladaq ki, aprelin 1-də İranın Dəməşqdəki konsulluq binasına hava hücumu həyata keçirib. Nəticədə İran İnqilab Keşikçiləri Ordusundan 2-si general olmaqla 7 nəfər həlak olub.

Tahir Şəlvəli

MİA.AZ
 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq