"Deyəcək söz tapa bilmirəm" - "Beşiktaş"ın baş məşqçisi oyunçuları günahlandırır

img

05-04-2024 [09:01]


"Beşiktaş"ın baş məşqçisi Fernando Santos ötən axşam 1-1 bərabərə qaldıqları "RAMS Başakşehir" matçından sonra futbolçularını ittiham edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, oyundan sonra keçirlən mətbuat konfransında qol imkanlarnı boşa xərclədiklərini deyib: "Futbolçularım qarşılaşmanı qələbə ilə bitirmək üçün imkanları havaya xərclədi. Hesabı 2-0 edib matçı bitirə bilərdik. Ancaq əlavə vaxta qədər 1-0 uzanan oyunun son dəqiqəsində qolu yedik. Halbuki o topu uzaqlaşdıra bilərdik. Udsaydıq, bu, vacib qələbə olacaqdı. Açığı, deyəcək söz tapa bilmirəm. Çünki futbolçular planlananları həyata keçirə bilmədi. Daha fəal olmalıydıq. Matçın son dəqiqələri çox vacib idi və daha çox konsentrasiya olmalı idik. Rəqibimiz bizdən daha çox topa sahib idi, amma bu, planımız deyildi. Qarşılaşmanı hücumameyilli oynamalıydıq, amma olmadı...".

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR