181 minlik alman ordusu müharibəyə hazırlanır - Nazir mesaj verdi

img

05-04-2024 [00:25]


181 minlik alman ordusu müharibə şərtlərin uyğun yenidən formalaşdırılır.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistoruis Baş Qərargah rəisi Karsten Breuerlə birgə keçirdiyi mətbuat konfransında açıqlama verib.

O bildirib ki, Almaniya Silahlı Qüvvələri təcili gələcəyə hazırlanmalıdır: "Bunun üçün də orduda struktur islahatları genişləndirilməlidir. Təxminən 5 aydır bu istiqamətdə səylərimiz başlayıb. Bəli, Almaniya ordusu savaş şərtlərinə uyğun yenidən qurulur. Məqsədimiz ordunu fövqəladə, müdafiə və döyüş vəziyyətlərində ən yaxşı şəkildə ən hazırlıqlı səviyyəyə gətirməkdir. Hesab edirəm ki, 6 aya buna nail olacağıq".

Alman ordusunun tərkibinə hava, quru və dəniz qüvvələri ilə yanaşı, kibertəhlükəsizlik sahəsi üzrə də gücləndiriləcəyini açıqlayan nazir bildirib ki, son aylar hibrid təhdidlər ümdə məsələ kimi ön plana çıxır: "Biz bu sahədə öncüllüyə sahiblənməliyik".

Nazir yaxın 6 ildə ordunun canlı qüvvəsinin 181 mindən 203 minə çatdıracaqlarını da gizlətməyib.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq