Alternativ Kino Akademiyası təsis olunub
04-04-2024 [16:18]
Azərbaycan Mədəniyyət Nazirliyinin nəzdindəki Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino Akademiyası təsis edib.
Mia.az xəbər verir ki, layihənin kuratorluğu Azərbaycan Respublikası Kino Agentliyinin rəhbəri Orxan Fikrətoğlunun əmri ilə ARKA-nın əməkdaşı tanınmış kinorejissor, Əməkdar incəsənət xadimi Elxan Cəfərova həvalə edilib.
Aprelin 3-də “Nizami” kinoteatrında Alternativ Kino Akademiyasının ilk tədbiri baş tutub. Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən ARKA-ya təqdim olunan 16 tələbənin layihəsindən 7-nin təqdimatı olub.
Elxan Cəfərovun və ARKA-nın əməkdaşlarının iştirakı ilə keçirilən təqdimatda Xəyal Rzanın “Allaha Salam”, Şirin Əhmədovun “Sürəyyanın 32 ci günü”, Mirhafiz Həsənovun “Çağrılmamış qonaq”, Məhəmməd Məmmədovun “Qayıtdım”, Elmar Fərzəliyevin “Düşmüş Mələk”, Araz Quliyevin “İkinci Nəfəs” və Mirzahid Ağayevin “İnam” layihələri nümayiş etdirildi.
Xəyal Rzanın “Allaha salam” qısametrajlı bədii filmi I Qarabağ müharibəsində hər iki ayağını itirən qazidən bəhs edir. Xalq artisti Məmməd Səfanın canlandırdığı qazi II Qarabağ müharibəsində şanlı zəfər xəbərindən sonra qəbirstanlığa basdırılmış ayaqlarını ziyarət edir və uzanıb özünü “ayaqlarıyla” birləşdirirək bütünləşir. Lahiyə rəhbərinin sözlərinə görə, artıq çəkilişlərə başlanılıb.
Ssenari müəllifi və quruluşçu rejissoru Şirin Əhmədov olan “Sürəyyanın 32 ci günü” layihəsi də bəddi filmdir. Film insanların gördükləri və yaxud görmədikləri cisimlərə inamından bəhs edir. Belə ki, İkinci Qarabağ müharibəsi Sürəyyanı yenidən öz uşaqlığına, unutduğunu zənn etdiyi yaralara aparır,. Onu ən çox narahat edən uşaq vaxtlarında qapılarında olan atlarıdır. Atın sonrakı taleyi haqqında düşünmək ona rahatlıq vermir. Film irəlilədikcə isə həm Sürəyyanın özünə, həm də onu tək qoymayan dostlarına aydın olur ki, at sadəcə böyük Vətən həsrətini öz üzərində cəmləyərək balaca qıza əgər atına qovuşsa bütün travmalarını geridə qoymaqla bağlı xoş təsəllidir.
Mirhafiz Həsənovun “Çağrılmamış qonaq” qısametrajlı bədii filminin qısa məzmunu belədir ki, kafelərin birində ad günü qeyd edən 4 dostun masasına 3 arzu yerinə yetirən, sehrli və qızarmış qızıl balıq gəlir... Hadisələr bundan sonra gülməli məcrada davam eidr. Filmin ideyası, insanların çətin vəziyyətdə olan zaman, gözlərin korlaşması, dəyərlərin itməsi və yalnız özlərini düşünməsidir.
Məhəmməd Məmmədovun “Qayıtdım” layihəsi qısametrajlı bədii dramdır. Filmin məzmunu belədir ki, ucqar dağ kəndində yaşayan ana müharibəyə yollanmış oğlunun yolunu həsrətlə gözləyir. Günlərin birində onun qarşısına kimsəsiz bir uşaq çıxır. Ana uşağı himayəsinə alır və öz oğlu kimi ona baxmağa başlayır.
Qadın yuxusunda oğlundan geri qayıdacağının müjdəsini alır, lakin yuxusunun əksinə sabahısı gün anaya bəd xəbər gətirilir və oğlunun şəhid olduğu deyilir.
Bundan sonra qadına təsəlli yalnız himayəsinə götürdüyü uşaq qalır.
Nəhayətində 30 il sonra qadının böyütdüyü uşaq, himayadarı anasının və qardaşının qisasını almaq üçün müharibəyə yollanır.
Filmdə ana rolunu tanınmış aktrisa Gülcahan Salamova canlandıracaq.
Elmar Fərzəliyevin “Düşmüş Mələk” qısametrajlı filmi metal içki qabları yığıb sataraq yaşamını davam etdirən insandan bəhs edir.
Araz Quliyevin “İkinci Nəfəs” layihəsi sənədli filmdi. (8+) tamaşaçılar üçün nəzərdə tutulan sənədli filmdə ekoloji təhlükəsizliyimizi təmin edən məişət tullantılarının yenidən emal olunmasından bəhs edilir.
Gündən-günə dəyişən dünyamızda, insanların sayının artması, qidaya olan ehtiyaclarımız və digər şeylərə olan ehtiyacımızı artırır. Lakin bu ehtiyaclar bizim öz əllərimizlə fərqinə varmadan fəlakətə çevrilir. İstifadə etdiyimiz məhsulları dənizlərə, çaylara və havaya tullantı kimi buraxırıq. İnsanların tullantıları ətraf mühitə atması insan sağlamlığına və iqtisadiyyatmıza öz mənfi təsirini göstərir. Bu bizim dünyamızı cəhənnəmə çevirir. Dənizlərə atılan tullantılardan balıqlar ölür, havaya buraxılan tullantılara görə isə azon qatı deşilir. Hər zaman bir çıxış yolu var.
Filmdə “Emal zamanı hansı məhsullar istehlak prosesinə yararlıdır?” “Yenidən emal olunan məhsullar hansı qaydalarla hazırlanır?” və bu kimi suallara cavab axtarılır.
Mirzahid Ağayevin “İnam” layihəsi də dram janrında bədii filmdir.
Belə ki, on iki yaşına qədər uşaq evində böyümüş Taleh illər sonra öz doğma ailəsini tapmaq üçün ögey atasının maeələrinə baxmayaraq mübarizələr aparır və buna nail olacağına inanır. Bu inam ona məqsədinə çatmağa yardım edir.
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib