"Husilər"in lideri ABŞ və İsrailə meydan oxuyub: "Əsla geri çəkilməyəcəyik"

img

04-04-2024 [00:44]


"Fələstinlə bağlı hər hansı bir güzəştə getməyəcəyik"

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Yəməndə İranın dəstəklədiyi husilərin lideri Əbdülməlik əl-Husi Beynəlxalq Qüds Günü münasibətilə keçirilən “Qüds Platforması” tədbirində çıxışında deyib.

O, "Əl-Əqsa tufanı" əməliyyatı başlayandan bəri Fələstin xalqına dəstək olmaq üçün əllərindən gələni etdiklərini gizlətməyib: "Fələstin məsələsində mövqeyimizdən zərrə qədər güzəştə getməyəcəyik. Hər kəs bilsin ki, bu mövzuda geri addım atmayacağıq. Əksinə, qələbə əldə olunana qədər daha da güclü şəkildə yolumza davam edəcəyik"

Husilərin lideri daha sonra ABŞ və İsraili növbəti dəfə təhdid edib.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq