Fransa Ukraynaya yüzlərlə "ikinci əl" zirehli texnika göndərəcək

img

03-04-2024 [13:33]


Fransa Ukraynaya yüzlərlə "ikinci əl" zirehli texnika göndərəcək.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastien Lecornu açıqlama verib.

Onun sözlərinə görə, ölkəsi 2025-ci ilin əvvəlinə qədər yeni hərbi yardım paketi çərçivəsində Ukraynaya yüzlərlə ikinci əl zirehli maşın göndərəcək: "Ukraynanın geniş cəbhə xəttinə sahib olması və hərbi hissələrin hərəkətliliyi baxımından bu vasitələr çox çühüm töhvə olacaq. Bu baxımdan Fransa ordusunun 40 ildən artıqdır istifadəsində olan VAB zirehli texnikasını Ukraynaya yolayacaöğıq. Fransa özü isə öz ordusunda bu texnikaları yeni nəsil maşınlarla əvəzləyəck. Biz bundan başqa Ukraynaya Aster tipli raketlər də gömdərəcəyik".

Lekornu həmçinin bildirib ki, Ukraynanın Rusiyaya qarşı hava hücumundan müdafiəsinə dəstək çox vacibdir: "Ukraynanı buna fövqəladə ehtiyacı var".

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq