İlhamə Quliyevanın keçmiş köməkçisi elə şeylər danışdı ki... - "Gördüm ki, İlhamə xanımın əlləri, ayaqları əsir, onu yalan-yalan sözlərlə şantaj edirdilər"
03-04-2024 [11:13]
“İlhamə xanım gözəl insan idi, mələk idi. Ondan danışanda göz yaşlarım sel olur. O mənim dostum idi. Mənə ana, bacı, rəfiqə olub. O mənə “bacı” deyirdi, mən ona “ana” deyirdim. Hələ o vaxt balaca qız idim. Televizorun qarşısında əyləşib onun mahnılarına qulaq asırdım. Səsi gələndə anama deyirdim ki, televizoru söndürmə. Onu uşaqlıqdan çox istəmişdim. Hissiyatım məni İlhamə xanımın yanına gətirdi. Tale elə gətirdi ki, biz doğmalaşdıq. 10 il olardı ki, onu tanıyırdım. Amma yanında 4 ay olmuşam. Zaqulbada tanış olmuşduq. Eks spiker Oqtay Əsədovun qaynanası Rəfiqə xanım xəstə idi. Mən ona baxırdım. İlhamə xanım da Zaqulbada qalırdı. Görürdü ki, mən Rəfiqə xanıma necə cani könüldən baxıram, qulluq edirəm. Bütün günü görüşüb söhbətləşirdik, dərdləşirdik. Bir pişiyi də var idi. Xəstə olanda dedi ki, “Fatyanı çağırın mənə baxsın. Mənə ondan yaxşı heç kim baxmaz”.
Mia.az xəbər verir ki, bu sözləri moderator.az-a özəl açıqlamasında mərhum xalq artisti İlhamə Quliyevanın yaxını, keçmiş köməkçisi Fatma Əliyeva deyib.
Onun sözlərinə görə, İlhamə xanım heç kimə inanmayıb: "O, mənə o qədər sözlər danışıb ki. Onun haqqında yalan danışan insanların istəyirəm gedib gözlərini çıxarıb qoyum yerə. Öz doğmalarına demədiklərini mənə danışırdı. Hələ bir dəfə üstümə hirslənməyib, qışqırmayıb. Sonuncu dəfə Tolikin ad günündə olduq. 2-3 dənə mahnı da oxudu. Onu oxşayırdım, əzizləyirdim. Nə geyinirdisə deyirdim ki, görün nə gözəl yaraşır sizə. Mən ona təmənnasız baxmışam, evinə dost kimi getmişəm. Mənə çox hörmət edib. Ömür boyu itirmərəm onun etdiyi yaxşılıqları”.
Fatimə Əliyeva onu da əlavə edib ki, İlhamə xanım var-dövlətindən ona da miras qoyacağına söz veribmiş: “Deyirdi ki, Fatya, mən dünyadan gedəcəm, o ev-eşiyi keçirəcəm sənin adına. O, 2-cü gün rəhmətə getdi. Bank işçisi ilə də danışdı, dedi ki, Fatyanın sənədləşməsini edin, o, mənə yiyə durub. Mən də deyirdim ki, var-dövlətini oğluna ver, Əli Mirəliyevə ver, onun qızı Samirəyə, dayın oğluna ver. Deyirdi ki, yox! 5-ci gün getməli idik notariusa. 2-ci gün dünyasını dəyişdi. Mən neynirəm var-dövləti?! Ona görə ağlamıram ki... Ondan mənə Allahın bir yaylığı da qalmadı. O evdən ağlaya-ağlaya çıxdım. Səhərə qədər cənazənin yanında dil töküb ağlamışam. Buna bütün televiziyalar, sənəd yoldaşları da şahiddir”.
Fatma Əliyeva İlhamə Quliyevanın son saatlarını belə xatırlayıb: “Televizoru izləyirdi, bir də gördü ki, Röya Ayxanı göstərirlər. Röya xanım müsahibə verib deyirdi ki, “İlhamə xanım son günlər yaman qalmaqallıdır”. İlhamə xanım hirsləndi. Dedi ki, “buna ad verdirmişəm, kömək etmişəm, danışığına bax”. Həmin gecə evə bir jurnalist zəng etdi. Vallah bilmədim kimdir?! Anonim zənglər gəlirdi. Telefonun dəstəyini əlindən aldım, həmin xanıma dedim ki, bəsdirin də, bunu öldürmək istəyirsiz?”. Gördüm ki, İlhamə xanımın əlləri, ayaqları əsir. Yalan-yalan sözlərlə şantaj edirdilər. Deyirdilər ki, İhamə xanım döşəyin altına diktofon qoyublar, sənin səsin yazılacaq. Qadın stress yaşadı. Gecəni birtəhər keçirdik. Səhər saat 10-a qalırdı. Gördüm ki, məni çağırır. Ondan qabaq gəlib dərmanlarını vermişdim. Aşağıda aptekə düşüb bir dərman aldım. Vəziyyəti yaxşı deyildi. Neftçilər xəstəxanasının baş həkimi Leyla Seyidbəyovaya zəng edib dedim ki, İlhamə xanım yaxşı deyil. Təcili Tibbi Yardım maşını göndərdilər. Əli Mirəliyevin qızı Samirəyə yığdım ki, tez gəlin. Onlar da gəldilər. Təcili yardım gələnə qədər İlhamə xanım mənim qollarımda dünyasını dəyişdi (ağlayır). 14-cü mərtəbədə elə qışqırdım ki... Son sözü bu oldu ki, “Fatya ölürəm, mənim üçün elə bir adam çağır ki, gəlib məni sağaltsın”.
Fatma Əliyeva deyir ki, bu gün onu yuxularında görür: “İlhamə xanım yuxularıma mələk görkəmində gəlir. Deyir ki, burada ev almışam. Onun yeri cənnətdir. Evinə adam gəlirdi, yemək yeməmiş onu yola salmazdı. Yanına gələnlərə bahalı hədiyyələr də verirdi. Qardaşımın, anamın məzarına ziyarətə gedəndə mütləq İlhamə xanımın da məzarına baş çəkirəm. Bacısı Gülbahar xanım da tez-tez məzar üstünə gəlir. İlhamə xanımın qoxusunu o xanımdan alıram. Bunu özü də bilir. Onunla danışanda elə bilirəm ki, İlhamə xanım sağdır. Kaş insanlar İlhamə xanımı efirdən yox, həyatdan tanıyardılar”.
Fatimə xanım İlhamə Quliyevanın müğənnilər haqqında ona dediklərini də bizimlə bölüşüb: “O əvvəldən hamını sevib. Vaxtilə xalq artisti Flora xanım Kərimova ilə də münasibətləri yaxşı olub. Aralarında söz-söhbət olub səngimişdi. Elza Seyidcahanı da çox istəyirdi. Amma elə şeylər baş vermişdi ki, onun qəlbinə dəyib, yaralayırdılar. Ürəyi kövrək idi. Hələ bir dəfə də deməyib ki, filankəs pisdir. Elə hey deyirdi ki, Elza da mənə yaxşı qız olub. “Ağ çiçəyim” mahnısını necə həvəslə oxuduğunu danışırdı. Elə bil ki, hiss edirdi.. Deyirdi ki, dünyadan köçüb gedəcəyik, özümüzlə nə aparacağıq?! Bir dəfə dedi ki, “Fatya, Orxanı götürüb uşaqlıqdan saxlamışam, ona yazığım gəlir. Ona bir maşın alıb verəcəyəm. Uşaqdır, gözü orda-burda qalır”. Heç o vaxtdan Orxanla əlaqəm yoxdur. O vaxt da Orxanla İlhamə xanımın xatirinə danışırdım”.
64 yaşlı kişi dəm qazından ölüb
"Ramiz Mehdiyev dedi ki, onun evindəki telefonu kəsin" - "Yeni Azərbaycan" qəzeti tarixi faktları yazır
Abşeron İcra Hakimiyyətində bəzi şöbələr ləğv olunub - Yeni sektorlar yaradılıb, təyinatlar var
İcra başçısı Allahverdi Dəmirovun oğluna yeni vəzifə verdi
Təranə Salıfova icraçı direktorun müavini təyin edilib
Sumqayıt İH-də dəyişiklik olub
Sabiq deputat şikayətini geri götürdü - Məhkəmə iclası
İsrail Qəzzanı bombaladı: daha 9 nəfər öldü
Braziliyada avtobus qəzasına görə üç günlük matəmelan olunub
Bu ay 4 bürcə "günəş doğacaq"?
Azərbaycan kuboku: bu gün 1/4 final mərhələsinə start veriləcək
Mərkəzi Bank uçot dərəcəsini azaldıb, bəs illik inflyasiya? - QƏRAR
72500 manat borcu var, lakin... - İnstitut 7.8 milyon manatlıq tenderin qalibi oldu
"Sürüşmə təhlükəsi var" - Yol polisi sürücülərə xəbərdarlıq edib
Türkiyədə iqtidar partiyasının qərargahına hücum olub - Açıqlama
Azərbaycan nefti cüzi bahalaşdı
Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... - TƏHLİL
GƏNCƏDƏ SENSASİYALI OLAY: "Kəpəz"in bakılı futbolçusu vuruldu, vəziyyəti ağırdır - Ona zərbəni kim endirib? (YENİLƏNİB)
İlham Əliyevlə Paşinyan geniş tərkibdə görüşüblər - BƏƏ-də + FOTOLAR
Günəşdə ard-arda 4 partlama olub - Nələr gözlənilir?
SpaceX və xAI birləşir: süni intellekt orbitə daşınır - Dünya inanılmaz, ancaq gerçək dəyişikliklərə hazırlanır
ABŞ-İran danışıqları nə vaxt olacaq? - Ağ Evdən açıqlama
Qəddafinin varisi öldürüldü, yoxsa... - Müşaviri və rəsmi agentlik "hə", ordu isə "yox" deyir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-dan İranın hərbi həmləsinə - Reaksiya
Myanmada zəlzələ oldu - 5.9 bal gücündə
İsrail və Azərbaycan süni intellekt sahəsində əməkdaşlıq edəcək - Netanyahunun iştirakı ilə memorandum imzalandı
NATO Baş katibi Kiyevdə: "Yerdə qoşunlar, havada reaktiv təyyarələr, Qara dənizdə gəmilər..." - "Qış soyuq ola bilər, amma yaz mütləq gələcək"
Polkovnik və digər iki nəfərin məhkəməsi davam edir
"Gənclərbirliyi"nin keçmiş futbolçusu geri döndü
MEDİA-nın Müşahidə Şurasının 2026-cı il üzrə ilk iclası keçirilib
"Biz heç bir qanunsuz işlə məşğul olmuruq" - Ümid Abuzərli
Mərkəzi Hərbi-Həkim Komissiyasının sabiq rəisi saxlanılıb
Mədəniyyət naziri ABŞ diplomatı ilə görüşüb
Sosial mediada saxta kredit elanları... - Haker şəbəkəsi zərərsizləşdirildi (DETALLAR)
Azərbaycan Kuboku: təyinatlar bəlli oldu
"Beşiktaş" hücum xəttini gücləndirir - Daha bir transfer xəbəri var
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Fransada təxminən 4,2 milyon bomj var - Hesabat
Ərdoğan Səudiyyə Ərəbistanı və Misirə gedib - FOTO (YENİLƏNİB)