ÜST bəyanat yaydı: "Humanitar təşkilat nümayəndələrinin öldürülməsi qəzəb doğurur"

img

02-04-2024 [14:44]


"Qəzzada humanitar təşkilat nümayəndələrinin öldürülməsi qəzəb doğurur".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Çebreyesus, İsrailin Qəzzaya hücumu zamanı beynəlxalq yardım təşkilatı "World Central Kitchen" (WCK) işçilərinin öldürülməsi barədə bəyanatında deyib.

ÜST rəhbəri baş verən olayın onu hiddətləndirdiyini qeyd edib: "Atəşkəs təmin olunmayana qədər daha nə qədər insan həyatını itirəcək?! Qəzzada humanitar yardım işçilərinin öldürülməsi hiddət və qəzb doğurur. Halbuki, onların təhlükəsizliyin daha güclü təmin edilməsi əsas şərtdir".

ÜST rəhbəri daha sonra "WCK"ya və həyatını itirənlərin ailələrinə başsağlığı verib.

Xatırladaq ki, İsrailin bombalaması nəticəsində dünən Qəzzanın Deyr əl-Belah bölgəsində beynəlxalq yardım təşkilatı "World Center Kitchen"in 7 əməkdaşı həyatını itirib.

Firudin Səfərli

MİA.AZ
 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq