Orxan Fikrətoğlu Belarus Kino Günlərinin açılışında: "Belarusfilm”in yüz ili əhatə edən ənənələri var və bu..." - FOTOLAR
02-04-2024 [11:54]
Azərbaycan Respublikası Kino Agentliyinin MƏLUMATI Aprelin 1-də Azərbaycanda keçirilən Belarus Mədəniyyət Günləri günləri çərçivəsində Bakıda Nizami Kino Mərkəzində Belarus Kino Günlərinin açılışı olub.
Azərbaycan Respublikası Kino Agentliyindən Mia.az-a bildirilib ki, Belarusun Azərbaycandakı səfirliyinin nümayəndələri, tanınmış kino, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdiyi tədbiri açıq elan edən Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) baş direktoru vəzifəsini icra edən Orxan Fikrətoğlu ölkəmizdə Belarus Mədəniyyəti Günlərinin keçirilməsinin əlamətdar hadisə olduğunu qeyd edib.
O.Fikrətoğlu bildirib ki, Belarusun qədim slavyan ənənələri, dili, mədəni dəyərlərinin təqdimatı aprelin 3-dək azərbaycanlı tamaşaçılara kino dili ilə təqdim olunacaq: "Belarusfilm”in yüz ili əhatə edən ənənələri var və bu studiyada lentə alınan filmlər hər zaman böyük maraqla qarşılanıb".
Onun sözlərinə görə, Azərbaycan filmlərinin də Belarusda bu formada təqdimi nəzərdə tutulub.
Daha sonra "Belarusfilm" kinostudiyasının baş direktoru Yuri Aleksey çıxış edərək kino günləri ilə bağlı təəssüratlarını bölüşüb. Kino günlərində təqdim olunacaq filmlər haqqında məlumat verib: ”Azərbaycan tamaşaçılarına üçün dörd film gətirmişik - bunlardan ikisi bədii, ikisi isə sənədli filmdir. Biz öz köklərimizi, adət-ənənələrimizi, mədəniyyətimizi kino vasitəsilə göstərmək istəyirik.
Əminəm ki, Azərbaycan tamaşaçıları buna maraq göstərəcək”,- deyə baş direktor qeyd edib.
O, diqqətə çatdırıb ki, Azərbaycanla kino sahəsində əməkdaşlıq məsələləri də nəzərdə tutulub. Bununla bağlı rəhbərlik etdiyi qurumla Azərbaycan tərəfi arasında danışıqlar davam edir və gələcəkdə birgə əməkdaşlıqla bağlı saziş imzalanacaq.
Y.Aleksey Belarus və Azərbaycan arasında mədəni əməkdaşlığın inkişafının vacibliyini qeyd edib.
Çıxışlardan sonra "Лист ожидания" (“Gözləmə siyahısı”) dramının nümayişi baş tutub. 2023-cü ildə istehsal olunan filmin rejissoru A. Yefremovdur. Sonra Aleksandr Yefremovun kardioloqların taleyindən, onların mürəkkəb peşəsindən, məişət qayğılarından bəhs edən “Gözləmə siyahısı...” filmi təqdim olunub.
Qeyd edək ki, Belarus Kino Günləri çərçivəsində aprelin 2-də saat 16:00-da Nizami Kino Mərkəzində Yevgeni Setkonun yandırılmış Belarus kəndlərindən bəhs edən “Perezvon” sənədli filminin nümayişi olacaq.
Saat 19:00-da isə İvan Pavlovun Böyük Vətən müharibəsi illərində Belarusun faşistlərdən azad edilməsində partiuzanların qəhrəmanlığından bəhjs edən "Yoxlama" bədii filmi nümayiş etdiriləcək.
Aprelin 3-də saat 19.00-da Nizami Kino Mərkəzində İqor Bışnevin belarus bizonunun növlərinin dirçəldilməsi üçün uzun və zəhmətli işlərdən bəhs edən “Xilas edilmiş nəhəngin ölkəsi” sənədli filmi tamaşaçıların diqqətinə təqdim olunacaq.
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib