İsrail Fələstinin daha 170 hektar ərazisinə "əl qoyub"

img

02-04-2024 [00:05]


İsrail işğal altındakı İordan çayının qərb sahilindəki daha 170 hektar Fələstin torpağını "dövlət torpağı" elan edərək "əl qoyub".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri yazıb.

Məlumata görə, bu barədə İsrailin ifrat sağçı maliyyə naziri Bezalel Smotriş qərar verib: "Nazirin əmri ilə 170 hektar "dövlət torpağı” kateqoriyasına daxil edilərək, dövlətin ehtiyacı üçün müsadirə olunub. Bu ərazidə yəhudilər üçün yeni şəhərciklər salınacaq".

Məlumatda o da deyilir ki, İsrail bununla da oktyabrın 7-dən bəri 27 min hektar Fələstin torpağını rəsmən ələ keçirib.

Fələstin hökuməti bu qərara rəsmi bəyanatla etiraz edib.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq