Taksilərlə bağlı "Lada"ya görədir? - Deputat təkzib etmədi

img

01-04-2024 [12:37]


“Biz addım-addım, mərhələ-mərhələ işlərimizi görürük. Ölkəmizdə “Lada” istehsalına, yaxud hansısa layihəyə başlayanlar hər halda on dəfə ölçür, bir dəfə biçirlər. Elə bir zaman gəlib çıxacaq ki, biz də bahalı avtomobillər olmasa da, ucuz və orta qiymətli avtomobillər istehsal edə biləcəyik”.

Mia.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev deyib.

Deputat Azərbaycanda taksilərlə bağlı məhdudlaşdırmanın kökündə “Lada” satışını sürətləndirmək məqsədinin dayandığı barədə iddialara isə belə cavab verib: “Maşın nə qədər ucuz olsa, bu, taksi sürücülərinə də, sərnişinlərə də sərf edəcək. Taksilərlə bağlı məlumatlar diqqətlə toplanıldıqdan sonra dəqiq nəsə demək olar... ”


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq