İsrailin müdafiə naziri "Hizbullah"ı hədələdi: "Harada olsalar, onları vuracağıq"

img

29-03-2024 [20:13]


İsrailin müdafiə naziri Yoav Gallant "Hizbullah"a qarşı təzyqləri gücləndirəcəklərini bəyan edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə o, “The Times of Israel” nəşrinə müsahibə verib.

Yoav Gallant İsrailin Hizbullaha qarşı müdafiə mövqeyinin artıq təqibə çevriləcəyini xüsusi vurğulayıb: "Hizbullah və hər kəs bilsin ki, biz artıq Beyrutda, Şamda və daha uzaqlarda, bir sözlər, bu terror təşkilatının fəaliyyət göstərdiyi hər yerdə onlara qarşı hücumda olacağıq".

Müdafiə naziri Livan rəhbərliyinə də xəbərdarlıq edib: "Livan rəhbərliyi bilməlidir kl, bizim zərbələrə görə dəyən ziyana görə "Hizbullah" məsuliyyət daşıyır. Bilsinlər ki, İsrail ordusu "Hizbullah"a qarşı əməliyyatı genişləndirəcək. Və bunun məsuliyyəötini də biz deyil, bizə aylardır hücum edən təşkilat daşıyacaq...".

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq