125 min fələstinli cümə namazını Məscidül-Əqsada qılıb - FOTO

img

29-03-2024 [15:19]


İsrailin əngəllər yaratmasına baxmayaraq, təxminən 125 min fələstinli Ramazan ayının üçüncü cümə namazını Məscidül-Əqsada qılıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, səhər saatlarından on minlərlə fələstinli İordan çayının qərb sahili ilə Qüds arasındakı hərbi postları  keçərək Əqsaya doğru istiqamət alıb. Saatlarla piyada yol qət edərək Məscidül-Əqsaya çatan fələstinlilər Ramazan ayının üçüncü cümə namazını burada qılmağa nail olublar.

Məlumata görə, İsrail polisi səhər saatlarından etibarən ərazidə təhlükəsizlik çənbərini daraldıb, ətraf yolları dəmir baryerlərlə bağlayıb: "İsrail polisi əsasən gənclərdən ibarət bəzi fələstinliləri məscidə buraxmayıb...".

Xatırladaq ki, Şərqi Qüds və İordan çayının qərb sahili 1967-ci ildən İsrailin işğalı altındadır.

Tahir

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq