"Fənərbağça" bu futbolçuya qapını göstərdi: "Özünə yeni klub tap!"

img

29-03-2024 [12:16]


"Fənərbağça" mövsümün sonunda daha bir furnolçu ilə yollarını ayıracaq.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, mövsümün əvvəlində "Fənərbağça" ilə 3 illik yeni müqavilə bağlayan Miha Zayc gözlənilən performansı sərgiləyə bilməyib. Bu səbəbdən baş məşqçi İsmayıl Kartal ona əsas heyətdə yer verməyib. 

Türkiyə mətbuatı yazır ki, futbolçu məşqçinin qərarına etiraz olaraq klubdan ayrılmaq qərarına gəlib: "Bu xəbərdən sonra "Fənərbağça" rəhbərliyi Zaycın meneceri ilə görüşüb və futbolçudan yay aylarında özünə klub tapmasını istəyib".

Zayc bu mövsüm "Fənərbağça"nın heyətində əksəriyyyətində sonradan meydana  girməklə  cəmi 16 matçda oynayıb və 2 qol vurub. 

Onun hazırda klubla 2026-cı ilə qədər müqaviuləsi var.

İddiaya görə, 29 yaşlı futbolçunun bazar dəyəri 3 milyon avrodur.

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR