İtaliya XİN başçısı İsrailə çağırış edib: "Rəfaha girməyin" - "İki dövlət modeli üçün çalışırıq"

img

29-03-2024 [00:04]


İtaliya baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani İsrailı çağırış edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə o, İtaliyanın SKYTG24 kanalında müsahibəsində danışıb.

XİN başçısı İsrailin Qəzzada 1.4 milyon insanın sığındığı Rəfah qəsəbəsinə quru əməliyyatına hazırlaşmasını doğru saymayıb: "Ümid edirəm ki, İsrail bunun bir səhv olduğunu anlayacaq və quru əməliyyatına başlamayacaq. Əlbəttə, biz İtaliya hökuməti olaraq girovların geri qaytarılması və Qəzzada mülki əhaliyə ərzaq yardımının daha operativ çatdırılmasının tərəfdarıyıq. Eyni zamanda, biz bölgədə "iki dövlətli həll" modeli üçün çalışırıq. Bu, çox çətindir, tərəflər anlaşa bilmir. Ancaq Fələstin dövlətinin rəsmən elan olunmasıl bölgədə sabitlik yaradacaq".

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq