Türkiyənin valyuta ehtiyatı bir həftə 4 milyard "əridi" - Qızıl ehtiyatı isə artdı 

img

28-03-2024 [17:17]


Türkiyənin valyuta ehtiyatı bir həftə içində ötən həftə ilə müqayisədə azalıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu məlumat Mərkəzi Bankın son hesabatında yer alıb.

Hesabata əsasən, Türkiyə Respublikası Mərkəzi Bankının ehtiyatları bir əvvəlki həftəyə görə 4 milyard 53 milyon dollar azalaraq 123 milyard 844 milyon dollara enib: "Həmin tarixə qızıl ehtiyatları isə 157 milyon dollar artaraq 53 milyard 6 milyon dollardan 53 milyard 163 milyon dollara yüksəlib".

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq