Haitidə xaos - Silahlı dəstələr arasında insidentdə daha 10 nəfər ölüb, yaralılar var

img

19-03-2024 [09:57]


Haitidə silahlı dəstələr arasında toqquşmalar şiddətlənir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ötən axşam paytaxt Port-o-Prensin cənubundakı Petionville məhəlləsində iki dəstə arasında şiddətli atışma yaşanıb.

Məlumata görə, atışma zamanı hər iki tərəfdən ümumilikdə 10 nəfər ölldürülüb, 30-a yaxın yaralı var.

Haiti polisinndən bildirilib ki, hadisə iki cinayətkar qrup arasınd abaş verib: "Faktla bağlı əməliyyat başlayıb..."

Xatırladaq ki, martın əvvəlindən ölkədə yenidən xoas yaranıb. Həbsxanalardan 3 mindən çox dustaq qaçıb. Onlar və şəhərdəki cinayətkarlar birləşərək ölkədə terorr əsdirirlər. Bunun nəticəsində 8-14 mart arasında paytaxtdan 16 min 947 insan evlərindən qaçıb.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR