Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
17-03-2024 [00:04]
Qoç - Düşünülməmiş risk və emosional qərarlara yol verməsəniz, gün uğurlu alınacaq. Əvvəlcədən hazırlanmış plan üzrə hərəkət edin. Əgər improvizə etməli olsanız, yaxın ətrafınızdakı insanları heyrətləndirəcək və ya təəccübləndirəcək əməllərə yol verməyin. Ənənələri və yazılmamış qaydaları pozmaq məsləhət deyil.
Kiçik səfərlər, şəraiti dəyişmək üçün günün ikinci yarısı sərfəlidir. Hisslərinizin etirafından çəkinməyin. Sevdiyiniz insana sürpriz edə bilərsiniz. Qeyri-adi romantik görüş əhvalınızı yaxşılaşdıracaq.
Buğa - Ciddi, ağır problemlər yaranmayacaq. Kiçik problemlərin və xırda çətinliklərin öhdəsindən isə asanlıqla gələcəksiniz. Gün ümumən pis keçməyəcək. Parlaq qələbələr, işlərdə əhəmiyyətli uğurlar gözləməyin. Yaxınlarla münasibətlərdəki anlaşılmazlığı aradan qaldırmaq şansları var. Fəqət bilin ki, mübahisələr üçün yeni səbəblər formalaşa bilər.
Günün ikinci yarısında alış-veriş uğurlu olmayacaq. Amma qiymətli hədiyyə ala bilərsiniz. Axşam saatlarına yaxın planlarda dəyişikliklərə rəvac verəcək mühüm xəbər alacaqsınız.
Əkizlər - Gün ciddi problemlər vəd etmir. Amma əhvalınız daha yaxşı ola bilərdi. Emosiyalarınıza nəzarət edin. Çətin olsa da, bunu bacarın. Təmas və ünsiyyətinizi məhdudlaşdırın. Bir qədər tək qalın, tənhalığa qapılın, hisslərinizi yerbəyer edin. Bədbin olmayın.
Günün ikinci yarısında mənfi təmayüllərin təsiri azalacaq. Problemlərin əksəriyyətinin dəyərsiz və mənasız olduğunu anlayacaqsınız. Ciddi maliyyə çətinlikləri yarana bilər. Narahatlıq üçün ciddi səbəb yoxdur, çünki problemlər müvəqqətidir.
Xərçəng - Ən mühüm işləri günün ilk yarısında başa vurmaq olar. Məhsuldar və ümidlər vəd edən zamandır. Aktiv olsanız, saatlarınız pis keçməyəcək. Məsləhətlərə qulaq asın. Riskli işlərə başlamayın, təhlükəli əməliyyatlarda gəlir aramayın. Kiçik maliyyə itkiləri istisna deyil. Anlaşma və sövdələşmələrdə diqqətli, sayıq olun.
Günün ikinci yarısında dəvət aldığınız tədbirlərin hamısına qatılmayın. Yeni tanışlıqlar zamanı diqqətli davranın. Etibarınıza və güvəninizə nail olmağa çalışan insanların əksəriyyəti səmimi deyil.
Şir - Çoxsaylı yeni imkanlar yaradan yaxşı gündür. Yeni biliklər və bacarıqlar əldə etmək, informasiya almaq şansları yaranıb. Sərfəli anlaşmalar və sövdələşmələrə nail olmaq mümkündür. Kommersiya fəaliyyətində yeni mərhələyə keçə bilərsiniz. Konfrans və seminarlarda iştirak etmək olar.
Günün ikinci yarısında romantik və işgüzar səfərlər gözləntilərinizə cavab verəcək. Yaşlı qohumlar və ya yaşamınızda önəmli rol oynayan insanlarla dil tapa bilərsiniz. Ciddi münasibətlərin rəhni ola biləcək tanışlıqlar istisna deyil.
Qız - Peşəkar fəaliyyətinizlə bağlı önəmli qərarlar qəbul etməyin. Düzgün qərar vermək üçün informasiya yetərli deyil. Bu səbəbdən də situasiyanı yanlış dəyərləndirə bilərsiniz. Fikir və ideyalarınızı açıqlamayın. Əks təqdirdə yaxın ətrafınızdakı insanlarla münasibətlərdə ağır anlar yaşana bilər.
Günün ikinci yarısında bəzi hadisələr sizi təbdən çıxara bilər. Xoş olmayan xəbərlər gətirən çətin zamanlar başlanır. Həmin informasiyalara reaksiya verməyə tələsməyin. İndi həddən ziyadə önəmli, vacib təsir bağışlayan işlər bir qədər sonra sizə önəmsiz təsir bağışlayacaq. Axşam saatlarına yaxın gəlir əldə edəcəksiniz.
Tərəzi - Bilik və bacarıqlarınızdan yararlanın, təcrübənizdən faydalanın. Qüvvənizlə potensialınıza ifrat dərəcədə güvənməyin. Yeni müttəfiqlər tapmağa çalışın. Uğursuzluğa düçar olacağınız halda ən yaxın dostlardan birinin sizi tərk edəcəyinə hazır olun.
Günün ikinci yarısında köhnə dostlar sizi xoş xəbərlərlə sevindirəcəklər. Çoxdan bəri həllini tələb edən problemlərdən birini çözmək olar.
Dəvət aldığınız tədbirə qatılmaq emosional durumunuza müsbət təsir edəcək. Ətrafınızdakı aləmi dəyişməyə başlamaq əvəzinə yaşam arealınızda yeniliklərə başlayın.
Əqrəb - Yeni işlərə və layihələrə başlamaq üçün əlverişli zaman deyil. Genişmiqyaslı layihələrə start verməyin, kiçik işlərlə kifayətlənməyə çalışın. Ünsiyyətdə problemlər yarana bilər. Yardım üçün müraciət etsəniz də, sizə kömək etmək istəyən yoxdur. Karyeranızın inkişafı və maddi rifahınızın asılı olduğu insanlarla təmaslarda problemlər yaratmayın.
Günün ikinci yarısında ifrat dəqiqlik və konsentrasiya tələb etməyən, sadə, anlamlı işlərlə məşğul olun. Risk etmək, bəxtə bel bağlamaq, uğura güvənmək yersizdir. Sükan arxasında çox vaxt keçirməyin.
Oxatan - Bir çox məqamlar baxımından uğurlu gündür. Yaxın insanlarla təmaslardan həzz almaqla yanaşı, peşəkar fəaliyyət müstəvisində işləri qaydaya sala bilərsiniz. Maliyyə çətinliklərini aradan qaldırmaq imkanları var. Mühüm sənədləri hələlik imzalamayın. Ümumiyyətlə, sənədləşdirmə işlərindən kənar durmağa çalışın. Diqqətli olun, ciddi səhvlərə yol verməyin.
Günün ikinci yarısı dostlarla görüşlər, qohumlarla ünsiyyət, romantik təmaslar üçün uğurludur. Tək-tənha qalanda özünüzü yaxşı hiss etimirsiniz. Bədbin fikirlər sizi çulğayır. Əhvalınızın pisləşməsinə yol verməmək üçün nikbin davranın.
Oğlaq - Kiçik problemlər və xoşagəlməz olaylar istisna olmasa da, ümumən gün pis deyil. İndiyədək sizə rəğbət bəsləməyən insanlarda belə xoş təəssürat yarada bilərsiniz. Nüfuzlu insanlardan dəstək almaq, haminin yardımlarına nail olmaq mümkündür. Biznes və ya kommersiyada yeni layihələrə başlamaq olar.
Günün ikinci yarısında şəxsi münasibətlərə müsbət təmayüllərin təsiri artacaq. Yaxınlarınızla təmaslarda asanlıqla dil tapıb ortaq məxrəcə gəlin. Yardıma ehtiyacı olanlara kömək edin. Yeni romantik macəra istisna deyil. Laqeyd qaldığınız insanla münasibətləri bərpa edə bilərsiniz.
Dolça - Nüfuzlu şəxslərlə təmaslar və yeni tanışlıqlar üçün əlverişli gündür. Yaxın ətrafınızdakı insanlarla yanaşı, ünsiyyətdə olduğunuz insanlarda özünüzlə bağlı xoş təəssüratlar yarada bilərsiniz. Yeni tərəfdaşlar və müttəfiqləriniz olacaq. Problemlərin həllində yaradıcı yanaşmanı nümayiş etdirmək olar. İctimai olaylara və siyasətə maraq arta bilər.
Planlaşdırılmamış səfərlər və səyahət istisna deyil. Yaşam, fəaliyyət arealının dəyişdirilməsi, hətta köç üçün pis vaxt deyil. Yaşamınızda ciddi dəyişikliklər olmayacaq. Buna rəğmən situasiya sizi təmin edir.
Balıqlar - Günün ilk yarısında mühüm və önəmli işləri planlaşdırmayın. Xoş görüş, maraqlı insanlarla təmaslar, parlaq təəssüratlar ola bilər. Cari işlər sizə darıxdırıcı və rutin təsir bağışlaya bilər. Onları başqalarına tapşırmaq istəyirsiniz. Lakin belə insanlar yoxdur. Özünüz çalışın, işləri başa vurun. Yarımçıq işlər qoymayın.
Günün ikinci yarısı daha uğurlu olacaq. Başladığınız işlərdə uğur qazana bilərsiniz. Maliyyə işlərində və şəxsi münasibətlərdə irəliləyişlər olacaq. Yaxın ətrafınızdakı insanlar sizə paxıllıq edəcəklər.
Milli.Az
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib