HƏMAS atəşkəslə bağlı təklifini vasitəçilərə təqdim edib - BƏYANAT

img

15-03-2024 [10:19]


Qəzzada İsraillə döyüşən HƏMAS Hərəkatı İsraillə atəşkəs və əsir mübadiləsi razılaşması ilə bağlı yeni təklif hazırlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə HƏMAS rəsmi bəyanat yayıb.

Təşkilatdan bildirilib ki, artıq təkliflər vasitəçilərə göndərilib: “14 mart tarixində vasitəçi qardaşlara - Misir və Qətərə barışıq üçün zəruri hesab etdiyimiz tələblərdən ibarət əsaslı təklif paketimiz təqdim olunub. Bu paketdə atəşkəs və əsir mübadiləsi ilə bağlı şərtlərimiz var".

Bəyanatda daha sonra deyilir ki, bu addım Qəzza xalqına qarşı hücumu dayandırmaq, onlara yardım göstərmək, köçkünlərin geri qayıtmasını və işğalçı qüvvələrin geri çəkilməsini təmin etmək üçün Misir və Qətərdəki qardaşlar vasitəsilə aparılan danışıqların davamıdır.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq