"Fənərbağça"nın sabiq baş məşqçisi dünya rekordunu yenilədi

img

13-03-2024 [10:07]


Ötən mövsüm "Fənərbağça"nın baş mışqçisi olan və 7 ay Sudiyyə Ərəbistanının "Əl Hilal" komandası anlaşan Jorge Jesus adını futbol tarixinə qızıl hərflərlə yazdırıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, onun sükanı arxasında olduğu Səudiyyə Ərəbistanının "Əl Hilal" komandası 28 matç ard-arda qalib gəlməklə futbol tarixində ən uzun qələbə seriyası rekordunu yeniləyib.

Belə ki, Jesusun baş məşqçisi olduğu "Əl Hilal" Asiya Çempionlar Liqasının 1/4 final matçında Marselo Qalardonun baş məşqçisi olduğu "Əl İttihad"la qarşılaşmadan 2:0 hesabı ilə qalib ayrılaraq həm adını finala yazdırıb, həm də rekorda doğru daha bir addım  atıb.

Xatırladaq ki, dünyada ardıcıl qələbə qazanan komandaların sıralaması belədir:

"Əl-Hilal" - 28 matç

"The New Saints" - 27 matç

Ayaks – 26 matç (1972)

Ayaks - 25 matç (1995)

Koritiba - 24 matç

Bavariya - 23 matç

Real Madrid - 22 matç

Mançester Siti - 21 matç

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR