"Mələkxanım Əyyubova heç mənə tərəf baxmadı da..." - “Zaur məni efirə çıxarandan sonra işimi itirdim"
12-03-2024 [10:41]
“Mənim həmişə səsim olub. Gənc olarkən, 24- 25 yaşımda həyat yoldaşımdan ayrıldım. Qohum-əqraba mənə çox basqı etdi ki, ayrılma. Ona görə mən qohumların 50 faizini itirdim. Düşündüm ki, oxumağa başlasam onları tamamilə itirərəm. Mən də tək, kimsəsiz qız idim. Bir kasıb qardaşım var idi. İllər keçəndən sonra gəlib meyvə-tərəvəz satılan topdan satış yerində işlədim. Kartof təmizləyəndə bir mahnı oxumuşdum. Uşaqlar çəkib tiktoka yerləşdirmişdilər. Video internetə yüklənəndən 3 gün sonra bütün sosial şəbəkələrdə məşhurlaşdım. Məni efirə dəvət etdilər”
Mia.az xəbər verir ki, bunu Moderator.az-a bazarda kartof təmizləyərkən oxuduğu ifaları ilə məşhurluq qazanan Elnarə Vahidova deyib.
O, daha sonra məşhurluğun ona pul qazandırmadığını deyib:
“Tanınmaq mənə yetmədi, o gün, bu gün işimi də itirdim. 4-5 ay efirdə olduğum üçün meyvə-tərəvəz yerinə başqasını işə götürdülər. Məşhurluğumdan zərbə aldım, pul qazanmadım, toylarım olmadı. Mən istərdim ki, yenidən efirə qayıdanda Zaur Baxşəliyevin verilişinə gedim. Çünki məni, bu fəhlə qadını camaata tanıdan Zaur Baxşəliyev olub. Təəssüf ki, əlim çörəyə çatmadı. Bu gün şəhərə gedim, metroya minim, 5 adamdan 3-ü mənimlə şəkil çəkdirmək istəyəcək. Amma deyin görək, mən evdə otursam metroya verəcək pulu tapa bilirəm?! Əlbəttə ki, yox! Yenə də köhnə işimə qayıtdım. Bu günlərdə “Salam mənim cavanlığımın oğrusu” mahnısını ifa etdim. Bu mahnı məni yenidən kütləyə tanıtdı. Fəhlə işləyirəm, qışın soyuğunda betonun üstündə, istidə asfaltın üstündə oluram. İşim meyvə-tərəvəz çeşidləməkdir. Yaxşı bir müəllim istəyirəm ki, mənə toy repertuarını öyrətsin, toylara gedim. Bu bəlkə də bir çoxlarının əlində heç nədir, amma dəstək görmürəm. Təkcə Eldar Ələkbərov mənə yaxşılıq etdi. Mənimlə duet oxudu, bir neçə efirdə qonaq olduq. Mahnıları yalnız qulaq asmaqla öyrənirəm. Çox əziyyət çəkirəm. O qədər köməyə ehtiyacım var ki”.
Elnarə Vahidova bildirib ki, bir neçə sənətkarımızdan dəstək istəsə də, həmin şəxslər ona köməklik etməyib:
“Mənim xalq artisti Alim Qasımova böyük hörmətim var. Şamaxı-Şirvan məktəbinin ağsaqqalıdır. Onunla görüşdüm. Dedi ki, mən toylara getmirəm, toya getsəm, sən bir bayatı oxusan, səni dünya tanıyar. Bir neçə il bundan əvvəl Nazpəri Dostəliyeva və Mələkxanım Əyyubova ilə görüşmək üçün bir musiqi məktəbinə getdim. Nazpəri xanım orada yox idi. Bir mahnı oxudum, xalq artisti Canəli Əkbərov içəridən gəldi. Dedi ki, nə gözəl səsdir! Mələkxanım Əyyubova heç mənə tərəf baxmadı da. Maraqlanmadı ki, bu oxuyan kimdir?! Elnarə Abdullayeva ilə də görüşmüşəm. Şamaxıdan müğənni Mütəllim də yanında idi. Mütəllim dedi ki, “Elnarə, bu səndən də yaxşı oxuyur, məndən də”. Mənə kömək etmək əvəzinə dedi ki, “get 300 manat tap ver bir müəllimə, sənə hərfləri öyrətsin”. Elnarə deyərdi ki, “gəl 300 manat verib, səni müəllim yanına aparacam”. Ən azından bunu edə bilərdi Elnarə! Heç biri mənə dəstək olmayıb. Hətta əməliyyatım üçün Elnarə Abdullayevdan 150 manat pul istədim, vermədi. Halbuki 500 manat düzətmişdim, 150 manat çatmırdı. Bu gün Şamaxı musiqi məktəbinin heç bir yetirməsi mənə dəstək olmayıb. Biri qabağa durub, deməyib ki, bu xanıma müəllim tutaq. Həmin sənətçilərə görə şamaxılı olmaqdan doydum!”.
MİA.AZ
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib