Klub prezidenti: "Oyunçularımız aslanlar kimi mübarizə aparır"

img

12-03-2024 [09:24]


"Qaziantep FK" klubun prezidenti Beşiktaş"a 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərə açıqlama verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Klub prezidenti Memik Yılmaz qələbəyə və liqada qalmağa layiq olduqlarını bildirib: "Bizə həqiqətən belə üç xala böyük ehtiyac var idi. Ümid edirəm ki, bu liqada davam edəcəyik. İlk növbədə futbolçularımı ürəkdən təbrik edirəm. Bir həftə əvvəl baş məşqçimiz Səlcuq İnanla anlaşdıq. Onun gözlərində bu inamı gördüm. Mən Türk futbolu üçün onun daha yaxşı işlər görəcəyinə inanıram. Övladlarımı təbrik edirəm. Oyunçularımız aslanlar kimi mübarizə aparır. "Beşiktaş" kimi böyük bir komandadan və böyük bir toplumdan üç xal aldığımız üçün çox sevindik. İnşallah, Allahın izni ilə bu liqada qalacağıq. İstər azarkeşlərimiz olsun, istərsə də bizim oyunçular, hamımız bir yerdəyik. Bunun öhdəsindən gələcəyik, inşallah".

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR