Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
11-03-2024 [00:01]
Qoç - İşgüzar görüşlər və danışıqların keçirilməsi üçün əlverişli gün deyil. Peşəkar fəaliyyətiniz və şəxsi həyatınızla bağlı məsələləri müzakirəyə çıxarmayın. Aldığınız informasiyalar birmənalı deyil. Məlumatlardan dürüst nəticə çıxarın. Kiçik problemlər və çətinliklər ola bilər. Planları dəyişin, yaranan situasiya ilə bağlı dəyişikliklərə əl atın.
Günün ikinci yarısında təmaslarda diqqətli olun. Sizə bol vədlər verən, habelə təriflər söyləyən insanlara inanmayın. Tənqidlərə diqqətlə qulaq asın. Təcrübəli dostlar və yaşlı qohumların məsləhətlərindən faydalanmağa can atın.
Buğa - Bir qədər əvvəl başladığınız işi tamamlayın. Son vaxtlar sizi maraqlandıran suallara cavab arayın. Anlaşmalar və sövdələşmələr üçün uğurlu gündür. Peşəkar fəaliyyət sahəsində uğur qazana bilərsiniz. Yeni iş yerinin axtarışlarına başlamaq, əməkdaşlıq etməyə hazırlaşdığınız insanlarla görüşmək olar.
Günün ikinci yarısında yeni tanışlıq, təmaslar olacaq. Yaxınlarınızla ünsiyyətdə həssas və qayğıkeş olun, yaranmış problemlərin həllində onlara yardım edin. Yaşam potensialının səviyyəsi yüksəkdir. Səhhətdə problemlər olmayacaq.
Əkizlər - Ehtiyatlı olun, gün göründüyü kimi sadə deyil. Yaxın ətrafınızdakı insanlar ideyalarınızı dəstəkləyirlər. Yeni müttəfiqlər və tərəfdaşlar tapmaq çətin deyil. Lakin işlərin əksər hissəsini görməyə, yükün böyük qismini çəkməyə hazır olun. Saatlar keçdikcə iş artır. İstirahət üçün vaxt çox azdır. Günün sonunda çox yorulduğunuzu hiss etsəniz, təəccüblənməyin.
Günün ikinci yarısında yaxınlarınız sizi dəstəkləyəcək, tənqid və iradlara yol verməməyə çalışacaqlar. Faydalı məsləhətlər ala bilməyəcəksiniz. Axşam saatlarında gəzintiyə çıxın.
Xərçəng - Yaxın ətrafınızdakı insanların sizinlə bağlı gözləntiləri böyükdür. Olsun, bu gözləntilərə fikir verməyin. Hamının xoşuna gəlmək üçün özünüzə divan tutmayın. Maraqlarınızı, qarşınızda duran məqsədi unutmayın. İşdə həmkarlara yardım, təbii ki, pis deyil. Lakin sizdən sui-istifadə etməyə, uğur və nailiyyətlərinizdən bəhrələnməyə çalışırlar.
Yeni tanışlıqlar üçün tələsməyin. Belə tanışlıqlar bu gün uğurlu olmayacaq. Romantik münasibətlərdə problemlər yarana bilər. Sevdiyiniz insanla ünsiyyətdə hər şeyə rəğmən dil tapın, onun gerçək niyyət və istəklərini anlamağa can atın.
Şir - Çətin, mürəkkəb və darıxdırıcı işi kimsə sizin əvəzinizə görən deyil. Həmin işə mümkün qədər tez başlayın. Belədə nəticələr də daha uğurlu olacaq. İşgüzar danışıqlar istədiyinizdən daha asta, yavaş keçəcək. Təcili nəticələr gözləməyin, yekun qərarlar qəbul etməyin.
Nüfuzlu, hadisələrə təsir imkanlarına malik insanlarla görüşə hazırlaşın. İmprovizə və bacarıqlarınıza güvənməyin.
Günün ikinci yarısında yaşam potensialının səviyyəsi aşağı olacaq. Kiçik ağrılar, habelə yüngül travmalar istisna deyil. Dəvət aldığınız tədbirdən imtina edin. Axşam saatlarını evdə keçirin.
Qız - Qəfil uğur istisna deyil. Bir çox məsələləri sırf təsadüf və ya bəxt hesabına həll etmək olar. İntuisiyanız iti olsun. Məhz onun sayəsində lazım rolan vaxtda lazımlı yerdə ola bilərsiniz. Anlaşmalar, o cümlədən iri sövdələşmələr üçün əlverişli zamandır. Yaxşı gəlir əldə edə bilərsiniz.
Yaxşı heç nə gözləmədiyiniz insanlar sizə yardım edəcəklər. Bu yaxınlara qədər rəqibiniz olan insanla tərəfdaşlığın əsası qoyula bilər. Əvvəllər işgüzar və ya dostyana məcradakı münasibətlərdə emosiyaların həddini artırmayın. Təmir, interyerin yenilənməsi üçün münasib zamandır.
Tərəzi - Mübahisələr və ixtilaflar qaçılmazdır. Belə xoşagəlməz olayların səbəbkarı olmayın. Düşündüyünüzü, ağlınıza gələn ilk sözləri deməyin. İşdə rəhbərliklə və nüfuzlu adamlarla təmaslarda həssas olun.
İmkan varsa, mühüm görüş və danışıqları ertələyin.
Günün ikinci yarısında maliyyə çətinlikləri yarana bilər. Onlar müvəqqətidir, əhvalınızı pozmayın. Axşam saatlarını bilik və bacarıqların artırılmasına həsr etmək olar. Əsas odur ki, məşğul olduğunuz iş sizdə ifrat yorğunluq yaratmasın.
Əqrəb - Başladığınız bütün işlərə ciddi və məsuliyyətli yanaşın. Belə yanaşma ciddi səhvlər və xoşagəlməz yanlışlıqlara yol verməməyinizi şərtləndirir. Köhnə problemlərdən biri yenidən gündəmə gələ bilər. İlk növbədə şəxsi münasibətlərdə diqqətli, sayıq olun. Bir qədər əvvəl nail olduğunuz qələbələr unudulmayacaq. Ödəniş və ya mükafat almağın zamanıdır.
Günün ikinci yarısında fiziki yükü bir qədər azaldın, usandırıcı işlərin həcminə yenidən baxın. Rasionunuza fikir verin. Allergiya və qida zəhərlənməsi riski az deyil. Faydalı, xeyirli qidaya üstünlük verin.
Oxatan - Qarşınızda duran problemlərin formatından və ciddilik səviyyəsindən asılı olmayaraq bədbinliyə qapılmayın. Ruhdan düşməyin, çətinliklərin öhdəsindən gələcəksiniz. Əla ideyalar yaranacaq. Onları həyata keçirsəniz, əhəmiyyətli gəlir əldə edə bilərsiniz. Vacib danışıqlar aparılması, nüfuzlu insanlarla görüş və sənədlərlə iş üçün yaxşı gündür. Yaşam potensialının səviyyəsi yüksəkdir.
Romantik münasibətlərdə müsbət dəyişikliklər ola bilər. Sevdiyiniz insanı tez anlamağa, onun maraqlarını bölüşməyə çalışın.
Oğlaq - Müsbət təmayüllərin təsiri tədricən artır. Günün ilk yarısında situasiya çətin, günün ikinci yarısında isə yaxşı olacaq. Bu səbəbdən ən mühüm işləri və məsuliyyətli görüşləri günün ikinci yarısına saxlayın. Səhər saatlarında ciddi yanaşma və diqqət tələb edən işlər görməyə başlayın.
Axşam saatlarına yaxın qonaqları qəbul etmək olar. Yaranmış situasiyadan istifadə edin, karyeranızın inkişafının asılı olduğu insanları qonaq çağırın. Yaxınlarınızla münasibətlər harmonik olacaq, ciddi münaqişələr yaranmayacaq.
Dolça - Bilik və bacarıqlarınızı göstərməkdən, diqqəti cəlb etməkdən çəkinməyin. Ünsiyyətə açıq olun. Ən mühafizəkar və əsəbi insanlarla belə, dil tapmağa çalışın. Unutmayın ki, bu gün romantik münasibətlər başlarsa, gedişat həddən ziyadə çətin olacaq.
Peşəkar fəaliyyət sahəsindəki məsələlərin həlli, iri sövdələşmə və anlaşma, dəyərli əşyanın alınması üçün əlverişli gündür. Maliyyə məsələlərində diqqətli olun. Mənasız xərclər etməyin, amma gərəkli olduğundan artıq qənaət etməyin. Yaşam potensialı səviyyəsi yüksəkdir. Fiziki işdə və təmrinlərdə xeyir var.
Balıqlar - Nə istədiyinizi, məqsəd və hədəflərinizi müəyyənləşdirin. Başınızı xırdalıqlar, detallarla qatmayın. Konkret məsələlərin həlli ilə yanaşı, yaxın gələcəklə bağlı planlar qurmaq olar. Müttəfiqlər və tərəfdaşlar arayın, əməkdaşlıqla bağlı məqamları müzakirə edin. Yaşamın bütün sahələrində təşəbbüslə çıxış etmək, cəsur təkliflər vermək olar.
Günün ikinci yarısı səfər və ya səyahət üçün əlverişlidir. Təkbaşına yola çıxsanız, sizi maraqlı tanışlıq gözləyir. Yeni bilik və məlumatlara maraq artır.
Milli.Az
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib