Natəvanın heykəli Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzinə aparılıb

img

06-03-2024 [16:03]


Azərbaycanın tanınmış şairəsi Xurşidbanu Natəvanın Fransanın Evian lö Bən şəhərindəki heykəlinin Parisə gətirilməsi və səfirliyin nəzdindəki Mədəniyyət Mərkəzinin bağında ucaldılması ilə bağlı işlər davam etdirilir.

Mia.az Report-a istinadla xəbər verir ki, martın 4-də Evian şəhərindən götürülən heykəl bu gün Mədəniyyət Mərkəzinə çatdırılıb.

Məlumata görə, heykəl götürülərkən üzərindəki örtük açılıb və müəyyən olunub ki, üzərinə qırmızı boya atılmaqla yanaşı (heykəlin gözləri, adının və Azərbaycan yazısının yazıldığı hissələrinə qırmızı boya çəkilib), onun özünə də zərər verilib (heykəlin burnu və barmaqları qırılıb).


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:24 17.12.2024

Sabah qar yağacaq