Qəza törədən oğlunu xaricə qaçıran məşhur yazıçı ilə övladı axtarışa verildi - "Qorxdum ki, oğlumu döyərlər" - FOTO
06-03-2024 [13:59]
İstanbulun Eyüpsultan rayonunda lüks CİP-lə yolda xarab olan ATV-i və yanındakı 5 nəfəri vuran Timur C. və onun anası, məşhur yazıçı Eylem Tok barəsində həbs qərarı çıxarılıb. Onlar artıq axtarışa verilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, baş verən qəzada 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
Hadisədən dərhal sonra yazıçı oğlu ilə birgə Misirə qaçıb.
Onların hava limanındakı qaçış fotoları yayıldıqdan sonra isə siyasi partiyalar da ayağa qalıb.
Bundan sonra isə yazıçı və oğlu haqda qiyabi həbs qərarı çıxarılaraq axtarış elanı verilib.
Baş verənlərdən sonra yazıçı bu gün sosial media hesabında izahat yayıb.
O bildirib ki, hadisə baş verəndən sonra oğlu qaçmayıb. Əkisinə, yaralılara yardım göstərib: “Mən də anayam, məni anlayın, təslim olacağıq” deyən Tok üzrxahlığında bu ifadələrə yer verib: "Bu hadisələrə görə nə qədər təəssüfləndiyimi, nə qədər qorxduğumu və panikaya düşdüyümü bildirmək istərdim. Oğlumun həmin gün bizim xəbərimiz olmadan avtomobilimlə yola çıxmasına görə məsuliyyət daşıdığımı qəbul edirəm. Mən bir ana olaraq bu vəziyyətin baş verməməsi üçün bütün lazımi tədbirləri görməli idim. Amma hadisə haqda yazılanların hamısı da doğru deyil, oğlum hadisədən sonra qaçmayıb, əksinə, hadisə yerinə gələn insanlarla bərabər köməklik göstərib, təcili yardım da çağırıb, amma yalan danışa bilmirəm, bir ana olaraq oğlumu xaricə aparmaq istədim ki, birdən döyərlər, başına bir pislik gələr. Xaricə gedəndən sonra boşanmış olduğum oğlumun atası Bülentlə danışdıq, o, yaralıların qayğısına qalacaq".
Yazar daha sonra bildirb ki, xaricə gedəndə ölən olduğunu bilməyiblər: "Bunu öyrənəndə ə etsək də, bu ağrı sözlə ifadə olunmaz. Dərhal ailə ilə əlaqə saxlamağa çalışdıq. Timur isə hadisə baş verən andan hər gün “lütfən Türkiyəyə qayıdaq, nə cəzam varsa çəkim, bir ailəni məhv etdim” deyərək ağlayır. Onun heç vaxt burada qalmaq və ya bu ittihamlardan yayınmaq fikri olmayıb. Amma analıq instinkti var, məni də anlayın.
Çox üzr istəyirəm. Oradakı uşaqların hamısı bizim uşaqlarımızdır, qəzada ölən qardaşımızın ailəsi də bizim ailəmizdir. Qayıdıb doğru olanı edib ədalətə təslim olacağıq. Həm öz adımdan, həm də oğlumun adından bütün ictimaiyyətdən səmimi qəlbdən üzr istəyirəm”.
Xatırladaq ki, cümə günü saat 23.30 radələrində Mithatpaşa Mahallesi Davutpaşa küçəsində 3 ATV motosikleti ilə səyahətə çıxan 29 yaşlı Oğuz Murat Acı), 23 yaşlı Tahsin Arslan, 21 yaşlı Süleyman Arslan, 25 yaşlı Həsən Topal, 27 yaşlı İbrahim Gümüş xarab olan motosikletlərdən birinin ətraflnda toplanıblar. Bu zaman yazıçının oğlu onları vurub.
Ləman
MİA.AZ

Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib