Avropa İttifaqı "Apple" şirkətini ki milyard dollar cərimələyib - Səbəb

img

04-03-2024 [16:56]


Avropa İttifaqı "Apple" şirkətini ki milyard dollar cərimələyib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Avropa Komissiyası "Spotify" musiqi platformasının etirazından sonra "Apple"yə "App Store tətbiqlərində dominant mövqeyindən sui-istifadə etdiyinə" görə 2 milyard dollar cərimə kısib.

Bu barədə yayılan xəbəri Avropa İttifaqı Komissiyasının rəqabət üzrə rəhbəri Margrethe Vestager təsiqləyib: "Apple on il ərzində "Apple Store" vasitəsilə musiqi xidmətlərinin paylanmasında bazardakı dominant mövqeyindən sui-istifadə edib. Bu səbəbdən cəza qərarı qəbul edilib. Bununla belə, "Apple"ın dəyişiklikləri diqqətlə nəzərdən keçirəcəyini və martın 7-də qüvvəyə minəcək "Rəqəmsal Bazarlar Aktı" kimi tanınan Aİ-nin yeni texnologiya qaydalarına uyğun davranacağına inanmaq istərik".

"Apple" şirkıəti isə cəzaya etiraz edib.

Xatırladaq ki, texnologiya nəhəngi "Apple"ın gəlirləri üç aylıq dövrdə 119,6 milyard dollara, "iPhone" satışları üzrə isə 69,7 milyard dollara çatıb.

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq