Ançelotti: "Arda Gülər çox istedadlıdır, ona güvənim sonsuzdur"

img

01-03-2024 [17:13]


"Real"ın baş məşqçisi Karlo Ançelotti İspaniya La Liqasında sabah "Valensiya" ilə səfər matçı öncəsi mətbuat konfransı keçirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, baş məşqçiyə bu dəfə də 18 yaşlı türk oyunçu Arda Gülərlə bağlı sual verilib.

O, Ardaya rəsmi oyunlarda az vaxt verməsinə belə izahat verib: "Bu, indi daha çox matçdaxili şəraitdən asılıdır. Çünki hesab edirəm ki, onun kimi gənc futbolçu irəli getmək üçün mütləq oynamalı və keyfiyyətini göstərməlidir. Ona görə deyirəm ki, səbirli olmalıyıq. Ardanın matçlarda daha çox oynamaq istədiyini çox yaxşı baaş düşürəm. O, istedadlıdır. Ona güvənim sonsuzdur. Əlimdə imkanım olsaydı, onu azarkeşlərimizə yaxından tanıdardım. Əminəm, o gün gələcək".

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:14 22.04.2024

Sabah yağış yağacaq