Rövnəq Abdullayev vəzifədən gedir - Özü açıqladı

img

01-03-2024 [16:00]


AFFA-nın prezidenti Rövnəq Abdullayev aprelin 2-də keçiriləcək Hesabat-Seçki Konfransında yenidənbu qurumun prezidenti vəzifəsinə namizədliyini irəli sürməyəcək.

Mia.az xəbər verir ki, o, bu barədə Gəncədə keçirilən AFFA İcraiyyə Komitəsinin iclasında deyib.

Qeyd edək ki, Gəncədə keçirlən iclasda bir neçə məsələ müzakirə olub və qərarlar qəbul edilib:

1. AFFA-nın Növbəti Hesabat-Seçki Konfransı 2 aprel tarixinə təyin edilsin;

2. Müvafiq müraciətə əsasən, adları aşağıda göstərilən futbol veteranlarına AFFA-nın təqaüdü verilsin:

- İsmayıl Əliyev

- Esmiralda Ələkbərova (həkim)

- Qara Qarayev

- İqor Ponomaryov

- Vaqif Sadıqov

- Maşallah Əhmədov

Qeyd edək ki, “Kəpəz” Futbol Akedemiyasının tikintisi ilə bağlı İcraiyyə Komitəsinə hesabat təqdim edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR