Azərbaycan millisi Gürcüstanda heç-heçə edib

img

28-02-2024 [15:46]


Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Gürcüstanda yerli komandayla yoldaşlıq görüşündə iştirak edir.

Azərbaycan Şahmat Federasiyasından Mia.az-a verilən məlumata görə, Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva və Xanım Balacayevadan ibarət yığma ilk oyun günündə ağ fiqurlarla mübarizə aparıb.

Bütün partiyalar heç-heçə başa çatıb - 2,5:2,5.

Razılaşmaya əsasən, şahmatçılar 5 tur çərçivəsində bir-biriylə mübarizə aparacaq.

Qeyd edək ki, qarşılaşma rəsmi xarakter daşıyır. Nəticələr FIDE reytinqinə hesablanacaq. Yoldaşlıq görüşü millinin Ümumdünya Şahmat Olimpiadasına hazırlıq proqramının bir hissəsidir.


Digər xəbərlər
SON XƏBƏRLƏR