İsrail hərbçiləri xəstəxanaya yenidən basqın edib: "Giriş-çıxış qapadılıb..."

img

23-02-2024 [00:03]


İsrail hərbçiləri ötən gün geri çəkildikləri Qəzzadakı Nasser Xəstəxanasına yenidən basqın edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Qəzzada Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İsrail əsgərlərinin geri çəkildikdən sonra hərbi maşınlarla bu gün axşamüstü yenidən geri dönüblər: "Onlar əsgərlərlə dolu 4 hərbi maşınla Nasser Xəstəxanasına yenidən basqın edərək, orada təkrar axtarış aparıblar. Lakin iddia edildiyi kimi, hər hansı silah-sursat və ya döyüşçüyə rast gəlməyiblər. Buna baxmayaraq, İsrail əsgərləri xəstəxananın giriş-çıxışlarını hələ də bağlı saxlayırlar".

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:14 22.04.2024

Sabah yağış yağacaq