“Best-Tarım”ın vəzifəli şəxsinə cinayət işi açılıb

img

22-02-2024 [18:04]


“Best-Tarım” Qapalı Səhmdar Cəmiyyətinə məxsus külli miqdarda pul vəsaitinin mənimsənilməsinə dair müraciət əsasında Sabirabad rayon prokurorluğunda araşdırma aparılıb.

Sabirabad rayon prokurorluğundan Mia.az-a verilən məlumata görə, araşdırmalarla QSC-nin satış müdiri Anar Babaşovun qeyriləri ilə birgə 2023-cü il ərzində anbardan müxtəlif qida məhsullarını məxaric edib malların dəyərini xəzinəyə mədaxil etməməsi nəticəsində 147 min manatdan artıq pul vəsaitini mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq