"Kurtlar Vadisi" serialının yeni bölümləri ekranlara dönür? - Açıqlama

img

21-02-2024 [15:12]


Necati Şaşmaz, Oktay Kaynarca və Gürkan Uygun kimi usta aktyorların oynadığı “Kurtlar Vadisi” serialının yeni bölümlərinin "Exxen" kanalında yayımlanacağı haqda xəbərlər yayılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə serialın yayımı ilə məşğul olan şirkət açıqlama verib.

Bildirilib ki, serialın yenidən "Kurtlar Vadisi Kaos" adı ilə çəkiləcəyi və Acun Ilıcalının sahibi olduğu Exxen-də tamaşaçıların qarşısına çıxacağı iddiaları doğru deyil: "..."Kurtlar Vadisi" serialı ekranlara nə vaxt qayıdacaq, aktyor heyəti ilə bağlı xəbərlər və yayım platforması və sair xəbərləri yalnız ilk mənbədən - prodüser şirkətimiz və Necati Şaşmazın verdiyi açıqlamalarda nəzərə almanızı xahiş edirik".

Ləman

Mia.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:14 22.04.2024

Sabah yağış yağacaq