Məşhur müğənni seçkiyə qatılır: "Məhəlləyə xidmət etmək istəyirəm"

img

20-02-2024 [18:14]


Məşhur müğənni muhtar olmaq istəyir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, xalq mahnıları üzrə məşhur müğənni Hilal Özdemir İstanbulun Kadıköy rayonunun Suadiye məhəlləsinin muhtarlığa namizəd olub. 

Bu barədə o, "İnstagram"dakı səhifəsində məlumat paylaşıb.

Müğənni bildirib ki, seçkini qazanarsa, bütünü gücü və ruhunu məhəlləyə sərf edəcək: "Məhlləmizin təhlükəsiz, sakit və dinc bir həyat sürməsi üçün əlimdən gələni edəcəyimə söz verir və xidmətə hazıram".

Xatırladaq ki, əgər müğənni 31 martda keçiriləcək muhtarlıq seçkisini qazanrsa, ayda 17 min TL (təxminən 935 manat) maaş alacaq.

Ləman

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR