DÖVLƏT KOMİTƏSİNDƏ 1.7 MİLYONLUQ TƏDBİR OYUNU: bu qədər vəsait kimin şirkətinə verilib?

img

20-02-2024 [15:21]


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planının 2024-cü ildə öhdəlikdə olan tədbirlərin təşkilinin satın alınması” tenderinin nəticələrini elan edib.

Mia.az FED.az-a istinadla xəbər verir ki, tenderin qalibi "Ukrayna Ticarət Evi" MMC olub.

Qalib şirkətlə 1 679 966 manat məbləğində müqavilə imzalanıb.

Qeyd edək ki, “Ukrayna Ticarət Evi” MMC 2018-ci ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Əlibala Məhərrəmzadə Səttar oğludur. Hüquqi ünvanı AZ1007, Bakı Şəhəri Nəsimi Rayonu, Xan Şuşinski, Ev 48, M2, m. 1 ünvanında yerləşir.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq