Burak Yılmazın komandası qələbə qazandı

img

20-02-2024 [00:10]


Türkiyə Super liqasının son turunda "Kayserispor" səfərdə "Başakşəhər"i məğlub edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Burak Yılmazın baş məşqçisi olduğu "Kayserispor" 9-cu dəqiqədə Nazon, 15-ci dəqiqədə Kərimi və 84-cü dəqiqədə Aylton qollarla oyundan 3-2 hesabı ilə qalib ayrılıb.

"Başakşehir"in qollarını isə 58-ci dəqiqədə Dəniz Türüç, 89-cu dəqiqədə Həmzə Güreler vurub.

Onu da qeyd edək ki, "Başakşehir" 90+12-də təyin olunan penalti zərbəsindən yararlana bilməyib.

Bu nəticə ilə "Kayserispor" 10 matçdan sonra ilk dəfə qalibi olub.

Burak Yılmazın komandası bu qələbə ilə 32 xalla 11-ci pilləyə yüksəldib, "Başakşəhər" 33 xalla 9-cu yerdə qalıb.

"Kayserispor" gələn həftə liqada "Ankaragücü"nü qəbul edəcək. "Başakşehir" səfərdə "Qaziantep FK" ilə qarşılaşacaq.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR