"Audi", "Porşe" və "Bentley"... - ABŞ Almaniya istehsalı olan yüzlərlə avtomobili ölkəyə buraxmadı - Səbəb

img

19-02-2024 [10:37]


Almaniya istehsalı olan yüzlərlə avtomobilin ABŞ-a girişi qadağan olunub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ-da gömrükçülər “Volkswagen” qrupuna aid avtomobililəri yoxlamadan keçirdikdən sonra ölkəyə buraxmayıblar. 

Buna səbəb avtomobillərdə bir detalın Çinin Uyğur Muxtar Vilayətində istehsal olunmasıdır.

"Financial Times" yazır ki, hazırda yüzlərlə "Audi", "Porşe" və "Bentley" markalı avtomobillər sərhəddə saxlanılıb və geri götürülməsi üçün sənədləşmə aparılır.

Qəzet yazır ki, "Volkswagen" çətiri altında istehsal olunan bu lüks avtomobil markaları ABŞ-da qəbul olunan "Məcburi əmək qanunları"na zidd oluaraq qeyd edilən bölgədə istehsal olunan detaldan istifadə edib: "ABŞ səlahiyyətlilərinin bu səbəbdən ölkəyə girişə icazə verməyib. Bundna sonra "Volkswagen" maşınlarda olan sözügedən hissənin dəyişdirilməsi üçün çalışmaya start verib".

Qəzet yazıb ki, avtomobillərin çoxluğu səbəbindən ehtiyat hissələrinin dəyişdirilməsi martın sonunadək sürə bilər.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq