Tarkanı təhqir edən Serdar Ortaç üzr istədi: "Çox içmişdim..."

img

15-02-2024 [10:18]


Sosial şəbəkələrdə canlı yayımları və açıqlamaları ilə tez-tez qalmaqal yaradan məşhur müğənni Serdar Ortaç həımkarı Tarkandan üzr istəyib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, buna səbəb onun dünən sərxoş halda açdığı canlı Tarkanı təhqir etməsi olub.

Belə ki, izləyicilərdən biri Tarkan haqda sual verib, bu zaman hirslənən Ortaç "O kimdir ya?" deyərək, onu küçə söyüşü ilə söyüb.

Bu zaman yardımçısı olan qadın cəld tərpənərək canlı yayımı qapadıb.

Bu gün isə Serdar Ortaç sərxoş halda canlı yayımda söyüş söyməsi ilə bağlı açıpqlama verib. O, "Gazete Magazin"ə müsahibəsidə "Nə dedim? Heç nə xatırlamıram, yeni oyandım. Nə edim, qardaş? Dərmanların üstündən çox içki içmişəm. Mən Tarkandan üzr istəyirəm", - deyib.

Ləman

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR