Yunanıstan kuboku: Fatih Terimin komandası ilk oyunda qalib gəldi

img

15-02-2024 [00:18]


Fatih Terimin baş məşqçisi olduğu "Panatinaikos" Yunanıstan kubokunun yarımfinalında PAOK-la "döyüşdən üzüağ çıxıb".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "Panatinaikos" yarımfinal qarşılaşmasının ilk oyununda PAOK-a qalib gəlib - 1:0.

Terimin komandasına qalibiyyət gətirən yeganə qolu 53-cü dəqiqədə Andraz Sporar vurub.

Qeyd edək ki, "Panatinaikos"un futbolçusu Anastasios Bakasetasla PAOK-dan Taison arasındakı 79-cu dəqiqədə "dartışma" olub. Hkaim hər iki iki futbolçuya qırmızı vərəqə verərək, meydandan qovub.

Onu da qeyd edək ki, bu oyunun reüvanşı fevralın 21-də keçiriləcək.

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR